Keyfiyyət Siyasəti
- Müştəri məmnunluğunu yüksək səviyyədə saxlamaq, müştərilərlə olan problemlərin sayını minimum endirmək və yaranan problemləri anındaca həll etmək;
- Müştərilərə dost gözü ilə baxmaq və qarşılıqlı inteqrasiyanı daim qorumaq;
- Layihələrdə və digər işlərdə ən müasir idarəetmə metodlarından istifadə etmək;
- Davamlı yaxşılaşdırmanı daim həyata keçirmək;
- Şirkət daxilində çalışanların inkişafı üçün təlim-tədrisin davamlılığını təmin etmək və həmçinin çalışanlarda motivasiyanı yüksək saxlamaq üçün fəaliyyətlər görmək;
- Bütün layihələrdə əməyin mühafizəsini yüksək standartlara uyğun təmin edərək qəzasız layihələrin davamlılığını təmin etmək.
Missiyamız
İnnovativ idarəetmə metodlarından istifadə etməklə gördüyümüz işlərə dəyər qatmaq, müştəri məmnunluğunu yüksək səviyyədə saxlamaq və ən yüksək standartlara cavab verən işlər görmək “Nabucco Memarlıq və İnşaat” MMC-nin əsas məqsədlərindəndir. Məqsədlərə nail olmaq üçün daim yeniliklər tətbiq edəcəyik, üzləşilən problemlərin həlli üçün maksimum səy göstərəcəyik.
“Nabucco Architecture and Construction” MMC ölkəmizin inşaat sahəsində özünə məxsus yer tutur. Məqsədimiz bu tempi daim qorumaq və daha da yüksək mövqelər qazanmaqdır.
ÜMUMİ LAYİHƏLƏR
Tərəfdaşlar